Günortan(ız) xeyr!

Good day! Добрый день!
günlərini başa vurmaq
günü axşam eləmək
OBASTAN VİKİ
Zeyd əl-Xeyr
Zeyd əl-Xeyr (ərəb. أبو مكنف زيد بن مهلهل الطائي النبهاني‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, Nəcdin şimal hissəsində yaşayan Tayy qəbiləsindəndir. O, əvvəlcə Zeyd əl-Xeyl (ərəb. زيد الخيل‎ - "At Zeydi", cəngavərliyinə işarədir) kimi tanınırdı, lakin müsəlman olduqdan sonra Məhəmməd peyğəmbər onun adını Zeyd əl-Xeyrə (ərəb. ﺯﻳﺪ ﺍﻟﺨﻴﻞ‎ - "Xeyrxaqlıq Zeydi" və ya "alicənablıq") olaraq adlandırır. Məhəmməd peyğəmbərdən xəbər tutandan sonra Zeyd qəbiləsinin Zurr ibn Sudus, Malik ibn Cubeyr, Əmirə ibn Duveyn və digər nüfuzlu nümayəndələrinin də daxil olduğu qəbilə heyətinin başında Mədinəyə gedib onunla görüşmək qərarına gəlir. Onlar Mədinəyə çatdıqda, Məhəmməd peyğəmbər camaat qarşısında çıxış edərkən Məscidül-Nəbiyə daxil oldular. Zeyd və onun heyəti müsəlmanların diqqətinə və sözlərinin onlara olan təsirinə heyran qalır. Məhəmməd deyir: “Mən sizin üçün Uzzadan və bütün ibadət etdiklərinizdən daha xeyirliyəm.